Tramp növbəti prezident seçkilərin namizədlərini AÇIQLADI

09:37 03.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürməyi düşünmədiyini deyib.

Hafta.az xəbər verir ki, bu barədə o, CBS-də “60 Minutes” verilişinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Respublikaçılar Partiyasının prezidentliyə namizədlərdən ibarət inanılmaz bir siyahısı var.

“Mən Ceyms Devid Vensi və Marko Rubionu bəyənirəm”,- deyə o əlavə edib.